Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015 / 15:09

Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi veb-səhifəsinin (www.bhos.edu.az) təqdimatı keçirilib.

Bu barədə Xəbərlər-ə Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov  BANM-in fəaliyyəti və ən son xəbərləri haqqında ətraflı məlumat əldə etmək istəyənlərin artıq Ali Məktəbin rəsmi səhifəsindən faydalana biləcəyini vurğulayıb.

BANM-in Elektron-tədris şöbəsinin rəisi Şərif Xurşudov bildirib ki,  rəsmi saytda BANM-in fəaliyyəti ilə yanaşı, Ali Məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında geniş məlumat yerləşdirilib.

Qeyd edək ki, əcnəbilərin BANM haqqında məlumat əldə etməsi üçün sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir. Bundan başqa, gələcəkdə nəzərdə tutulan tədbir, seminar, konfrans və digər yeniliklər haqqında məlumat əldə etmək üçün saytda xüsusi "Təqvim" bölməsi yaradılıb. Ş.Xurşudov ictimaiyyətlə yanaşı, BANM-in tələbələrinin və onların valideynlərinin də veb-səhifədən səmərəli yararlanması üçün xüsusi şifrə və kod verildiyini qeyd edib. O, bu texnologiyanın valideyn və tələbənin dərsə davamiyyətinə nəzarət etməsi və imtahanın nəticələri haqqında operativ məlumat əldə etməsi üçün xüsusi imkan yaradacağını vurğulayıb. Ş.Xurşudov həmçinin saytda tələbələrin akademik və sosial fəaliyyətlərini əks etdirən video və fotoşəkilli məlumatların olduğunu qeyd edib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.