Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
Ötən yazımızda “Mədəniyyət, incəsənət və turizm saytları” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.
Bu dəfə isə Milli Net-in “Elm və təhsil” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.
Bunlar “Xaricdə təhsil”, “Bərəkət nəşriyyatı”, “Library.atgti.az”, “Ekitab.net”, “KitabYurdu”, “Bhos.edu.az”, “700.az” saytlarıdır.
Library.atgti.az - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının elektron kitabxanasıdır. Kitabxananın interfeysi üç, 15.000 kitab bazası isə altı dildə oxucular üçün təqdim olunub. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Bhos.edu.az - Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi internet səhifəsidir. Saytda BANM-in fəaliyyəti ilə yanaşı, Ali Məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında məlumat yerləşdirilib. Sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir.
Bərəkət nəşriyyatı - Bərəkət Nəşriyyatı uşaq ədəbiyyatı ilə əlaqəli çox sayda kitab və aylıq Qönçə dərgisini çap edir. Ən aşağı yaşlardan yuxarı yaşlara qədər uşaq, yeniyetmə və gənclər üçün maraqlı, fərqli mövzularda kitablar çıxarılır. Bu mövzular, əsasən, hekayələr, nağıllar, əyləncəli elmi məlumatlar, məntiqi təfəkkürü inkişaf etdirən suallar, rəngləmə kitabları, əxlaq və davranış qaydalarıdır.
KitabYurdu - elektron kitabxana portalıdır. Saytda Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitablar, mühazirələr, jurnallar və məqalələr yerləşdirilib. İstifadəçi saytda seçdiyi fənn üzrə müxtəlif kitabları electron qaydada oxuya bilər.
Xaricdə təhsil - Saytın məqsədi Azərbaycan gəncliyinin elm və təhsil sahəsində əldə edcəyi uğurlara vasitəçi olmaqdır. Həm xaricdə yüksək səviyyədə təhsil almaq, həm də, xarici dünya tələblərini öyrənmək, arzu edilən ölkədə yaşayaraq təhsilini davam etdirmək istəyən istifadəçilər saytda faydalı məlumatlar əldə edə bilərlər.
Ekitab.net - Saytda müxtəlif mənbələrədən toplanan elektron resurslar istifadəçilərə pulsuz olaraq təqdim edilir. İstifadəçi oxumaq istədiyi kitabların elektron variantını buradan əldə edə bilər.
700.az - layihə TQDK qəbul imtahanlarına onlayn hazırlıq üçün yaradılmış resursdur. Əsas fəaliyyət sahəsi onlayn təhsil olan "700.AZ" şirkəti, abituriyentlərə müəllimlər tərəfindən onlayn hazırlıq xidmətləri vermək istiqamətində çalışır. TQDK qəbul imtahanı üzrə onlayn hazırlıq proqramını yaradan şirkət bu sayt vasitəsilə hazırlaşanlara yüksək keyfiyyətli xidmət göstərir.
Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az saytında şərhlər bölməsində yaza bilərlər.
Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri