Bakı Metropoliteni işini bərpa etdi

04-07-2018 / 13:56

Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran Bakı Metropoliteni işini bərpa edib.

Xeberler.az bildirir ki, bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.

Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində Bakı Metropoliteni QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.

Bu gün səhər Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sınaq rejimində çalışacaq.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.