Dayanacaqlarda “Bakı Kart” terminalları quraşdırılır - FOTO

28-09-2015 / 16:21

Artıq Bakının bir neçə avtobus dayanacağında “Bakı Kart” terminalları quraşdırılıb. Terminallarda “Bakı Kart”-ın əldə edilməsi və “Bakı Kart”ın balansının artırılması da mümkündür.

Xeberler.az-ın məlumatına görə, artıq “Bakı Kart” adlı  terminallar Bakı Metropoliteni ərazisi ilə yanaşı, Bakının bir neçə avtobus dayanacağında da quraşdırılıb.

Terminallarda “Bakı Kart Məhdud istifadə üçün” kartının balansı artırılması mümkün deyil. Təkcə, “Bakı Kart” plastik kartına sahib olan sərnişinlər terminal vasitəsilə öz balansını artıra bilər.

BakuBus MMC-dən Xeberler.az-a bildirilib ki, terminallar adətən BakuBus MMC-yə məxsus olan marşrutların Bakı şəhərindəki dayanacaqlarında quraşdırılır. Həmçinin, bildirilib ki, Bakı dayanacaqlarında terminalların quraşdırılması  sifariş əsasında həyata keçirilir.

Qeyd edək ki, 2015-ci avqustun 8-dən etibarən Bakı Metropoliteni QSC gediş haqqının ödənilməsi üçün "Bakı Kart" və "Bakı Kart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Həmin tarixdən etibarən həm metroda, həm də BakuBus avtobuslarında bu kartlardan istifadə etmək mümkündür.

“Bakı Kart”ın satış qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə