Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

07-10-2016 / 16:28

Məlumat verdiyimiz kimi, Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Azərbaycanda keçiriləcək.

Xeberler.az  bildirir ki, bu gün məsələ ilə bağlı AR Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında məlumat verib.

Məruzəçinin sözlərinə görə, 2015-ci ilin yayında Qazaxstanın Almatı şəhərində yaşı 20-dək olan məktəblilər arasında keçirilmiş XXVII Beynəlxalq İnformatika Olimpiadasında (BİO) ölkəmizdə informatika üzrə olimpiada hərəkatının inkişafına təkan verəcək çox mühüm hadisə baş verib:

 “Belə ki, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi etmək üçün Azərbaycan hökuməti adından AR Təhsil nazirinin "Niyyət məktubu" olimpiadanın Beynəlxalq Komitəsinə təqdim olunub. Beləliklə, Olimpiadanın Beynəlxalq Komitəsi Azərbaycanın təqdimatını dinlədikdən sonra Baş Assambleyanın iclasında  Olimpiadanın 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərar verilib”.

Beynəlxalq İnformatika Olimpiadası (International Olympiad in Informatics - IOI) orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışdır. İlk belə olimpiada 1989-cu ilin may ayında YUNESKO-nun təşkilatçılığı və maliyə dəstəyilə Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. Bu yarışda 13 ölkənin komandası iştirak edib. BİO-da iştirakçı ölkələrin sayı ilbəil artıb və son olimpiadada bu göstərici 81-ə çatıb.

Azərbaycan bu olimpiadaya 1993-cü ildə dəvət almış, lakin həmin il viza problemi səbəbindən Argentinada keçirilən yarışlara qatıla bilməyib. Məktəblilərimiz ilk dəfə 1994-cü ildə İsveçdə keçirilən 6-cı Beynəlxalq İnformatika Olimpiadasında iştirak edib. Bu olimpiadalarda Azərbaycan məktəbliləri bugünədək 1 gümüş və 4 bürünc medal qazanıb.

2017 və 2018-ci illərdə Beynəlxalq İnformatika Olimpiadası müvafiq olaraq İran və Yaponiyada keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm yarışa Sinqapur ev sahibliyi edəcək. 

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.