Previous Next
Bağla

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016 17:22
İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, ümumrespublika olimpiadasının açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Qafqaz Universitetinin nümayəndələri iştirak edib.

Tədbirdə bildirilib ki, artıq 10 ildir ki, keçirilən Olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Qeyd edilib ki, olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

Məlumat verilib ki, Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın www.olimpiada.az saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. 1 müəllim (rəhbər qismində) və 3 tələbədən ibarət hər bir qeydiyyatdan keçmiş komanda Olimpiadanın birinci mərhələsində iştirak hüququ qazanır. Hər bir ali təhsil müəssisəsi üzrə 4 komanda Olimpiadanın birinci mərhələsinə  buraxılır.

Ötən 9 ildə hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (150 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

Bu il isə Respublika üzrə 22 ali təhsil müəssisəsindən 55 komanda Olimpiadada iştirak etmək üçün www.olimpiada.az saytı vasitəsilə qeydiyyatdan keçib. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərir.

Xatırladaq ki, Olimpiadada qeydiyyat aprelin 11-də  yekunlaşıb.

Olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə www.e-olymp.com/az/ saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Məlumat üçün bildirək ki, Olimpiadanın növbəti (final) mərhələsi  30 aprel tarixində keçiriləcək.

Qaliblər HP, Nar və Caspian Telekom şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə