Previous Next
Bağla

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019 13:51
Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

Xeberler.az bildirir ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu məlumat avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirilib. Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı təqdimatı dinlənilib.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov bildirib ki, bu olimpiadanın Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir. Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının artdığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. Jurnalistlərin diqqətinə çatdırılıb ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllinə fərdi şəkildə yanaşırlar.

Hər gün iştirakçılara beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir. 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək. Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün “Rəqəmsal bacarıqlar” pilot layihəsini dəstəkləyəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019
31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-08-2019
Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019
13-cü IOI konfransı keçirilib

13-cü IOI konfransı keçirilib

06-08-2019
Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019
Beynəlxalq İnformatika Olimpiadasına start verilib

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019
Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019
Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019
Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019
Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015
Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

01-08-2019
Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018
Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanlı təmsilçilər bürünc medal qazanıb

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanlı təmsilçilər bürünc medal qazanıb

28-06-2021
ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın  iştirakını dəstəkləyib

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021
İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015
İnformatika Olimpiadasının qalibləri açıqlanıb

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017
Beynəlxalq İnformatika Olimpiadası  Azərbaycanda keçiriləcək

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

07-10-2016
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024
Beynəlxalq İnformatika Olimpiadası gələn il Bakıda keçirilə bilər

Beynəlxalq İnformatika Olimpiadası gələn il Bakıda keçirilə bilər

30-07-2015
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib

14-10-2024
Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

03-08-2019
2019-cu ilin Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

2019-cu ilin Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

01-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə