Bitcoin yeni rekorda imza atdı

07-08-2017 / 14:21

Bitcoin avqustun 1-dən dəyərinin 3 min dolları keçəcəyi istiqamətindəki iddiaları təsdiqlədi və yeni bir rekorda imza atdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Coinbase və Kraken daxil olmaqla dünyanın ən böyük kripto pul bazarlarında bitcoin-in dəyəri 3 min dolları keçdi. Bu, bitcoinin qiymətinin son bir ayda 485 dollardan çox yüksəldiyini göstərir.

Qeyd edək ki, Bitcoin-in dəyəri ilk dəfə iyunda 3 min dollara çatmışdı.

Bitcoin-in dəyərinin 3 min 300 dolları keçməsi ilə birlikdə Coinmarketcap.com məlumatlarına görə, bitcoin-in bazar dəyəri 54 milyard dolları ötüb.

Bitcoin-in bu yüksəlişinə qarşılıq, Bitcoin Cash (ayrılma nəticəsində ortaya çıxan yeni kripto pul vahidi)  30 faiz dəyər itirib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə