Bütün Facebook tədbirləri mobil telefonunuzda- Yenilik

12-10-2016 / 10:37

Bu gün Facebook-da  ümumu olaraq  650 milyon və gündəlik isə 100 milyon istifadəçi event (tədbir yaratmaq)  funksiyasından istifadə edir.

Xeberler.az məlumat verir ki, bunu nəzərə alaraq Facebook event-lər üçün ayrıca mobil tətbi hazırlayıb və hələlik yalnız iOS üçün təqdim edib.

Qeyd edilir ki, yeni xidmət yaxın zamanda Android üçün də istifadəyə veriləcək.

Facebook-un mobil və masaüstü versiyalarında da olduğu kimi, “event”  tətbiqi ətrafınızda olan tədbirləri nəzərdən keçirməyinizi, dostlarınızın qatılacağı və ya qatılmağı düşündükləri tədbirlərdən xəbərdar olmağınızı təmin edir.

İnteraktiv xəritəsi və axtarış funksiyası ilə tədbirlərin harada və nə zaman olacağı barədə məlumat verir.  Həmçinin, tətbiqdə tədbirləri  maraq dairənizə  görə  tədbirləri filtrəyib, təqvim xüsusiyyəti sayəsində də gedəcəyiniz  tədbirləri boş zamanlarınıza görə seçə bilirsiz.

Tətbiqdəki təqvimi, “iCloud təqvim" və “Google təqvim” lə  sinxronizasiya edərək daha asan bir şəkildə fəaliyyət proqramı yarada bilərsiniz. Bununla yanaşı,  səhvən eyni gün və saata birdən çox tədbiri qoya bilmə ehtimalı aradan qalxmış olur.

iOS üçün tətbiqi buradan yükləyə bilərsiniz. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.