Facebook-un dünəni və bu günü: 11 ildə nələr dəyişdi?

21-08-2015 / 15:24

Mark Zuckerberq tərəfindən 2004-cü ildə yaradılan Facebook gündəlik həyatımızın bir hissəsinə çevrilib. 11 il fəaliyyət göstərən Facebook-da bu günə kimi bir çox dəyişikliklər olub. 

Xeberler.az bu dəfə 11 ildə Facebook-da olan dəyişiklikləri təqdim edir:

2004-cü il fevralın 4-də Hardvard şəhərciyində yarandı, təxminən bir ay sonra digər kolleclər də Facebook-dan istifadə etməyə başladı. İlk versiyada yalnız dostlarınızla mesajlaşmaq mümkün idi.

 

2005-ci ildə Facebook artıq öz əhatəsini genişləndirir və  ilk dəfə şəkil xüsusiyyəti əlavə olunur.

 

 

2006-cı ildə Facebook qapılarını bütün insanlara açır və xəbər lenti, gizlilik tənzimləmələri əlavə edilir. Bundan sonra insanlar daha asan müzakirələrə qatıla bilirlər.

2007-ci ildə Facebook Beacon məxfiliklə bağlı narahatlıq yaratmasına baxmayaraq, ilin sonunda Facebook 50 min istifadəçiyə sahib oldu.

 

2008-ci ildə Facebook-un iPhone-lar üçün mobil tətbiqi yaradılıb. Facebook Chat və dost siyahısının gizliliyi bu ildə olan yeniliklərdəndir.

 

2009-cu ildə ilk dəfə “Bəyəndim” funksiyası əlavə edilib. Kimisə Facebook-da izləmək üçün onu bəyənmək kifayət idi.

 

2010-cu ildə Facebook 500 milyon istifadəçiyə kimi əhatəsini genişləndirdi. Artıq sosial şəbəkədə harda olduğunuzu qeyd etmək mümkün idi.

 

2011-ci ildə Facebook böyük dəyişikliklərə imza atıb. Yeniliklərdən biri olan  “Zaman tuneli” dostlarınızın fəaliyyətini izləməyə kömək edir. Artıq şəkillərə dostlarınızı işarələyib rəy bildirmək mümkün idi. Daha bir yenilik isə universitet, məktəb və ailə üzvlərinizi qeyd edib onları ayrı qruplarda toplamaq idi.

 

2012-ci ildə əsas dəyişiklilkər dizaynla bağlı olub. Həmin il şəkilləri  böyük ölçüdə baxmaq funksiyası əlavə edilib.

 

2013-cü ildə Ana səhifə yarandı və bunun köməyi ilə dostlarınızı, bəyəndiyiniz səhifələri izləmək mümkün oldu.  Örtük şəklinin olması da yeniliklərdən biri idi.

 

2014-cü ildə Facebook 10 il fəaliyyət göstərməyi münasibətilə bu günə qədər Facebook-da olan şəkil və statuslarınızı birləşdirən bir video hədiyyə etdi.

 

2015-ci ildə Facebook daha təhlükəsiz və daha rahat olması üçün bir sıra yeniliklər edib. Əsas yenilik Facebook Messenger-də emosiyaların qruplaşdırılması  və animasiyaların əlavə olunmasıdır.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə