CERT rəsmi saytlardakı problemin səbəbini açıqladı

22-02-2016 / 16:49

Məlumat verdiyimiz kimi, bu gün səhər saatlarından  dövlət qurumlarının rəsmi saytlarında problem yaranıb. Belə ki, uzun müddət dövlət saytlarına daxil olmaq mümkün deyildi.

 Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə nəzarət edən XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi problemlə bağlı açıqlama yayıb.

Xeberler.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, dövlət qurumlarına xidmət edən data mərkəzə ehtiyyat qida mənbəyinin qoşulması ilə əlaqədar dövlət qurumlarına aid internet informasiya ehtiyatlarına girişdə qısa müddətli fasilələr müşahidə olunub.

Açıqlamada qeyd edilib ki, ehtiyyat qida mənbələrinin qoşulması və digər texniki təhlükəsizlik tədbirləri davam etdirilir.

Məlumata görə, görünən təhlükəsizlik tədbirləri ilə bağlı qısa zamanda əlavə məlumat veriləcək.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.