Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015 / 12:39

İqtisadiyyat və Sənaye Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi   ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində nazirliyin  "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu. Beləliklə portal üzərindən İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 8-ə çatıb.

Bu xidmət vasitəsilə dövlət rüsumlarını, cərimələrini və digər ödənişləri onlayn rejimdə ödəmək mümkündür. "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" e-xidmətindən faydalanmaq üçün portalda autentifikasiya tələb olunmur.

Hazırda, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 406-dır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.