“Elektron hökumət” portalında xidmətlərini təqdim edən dövlət qurumlarının sırasına yenisi qoşulub.
Xəbərlər-in verdiyi məlumata görə, artıq “Azərişıq” ASC “Texniki Şərt üçün müraciət forması” elektron xidmətini portal üzərindən göstərməyə başlayıb.
Sözügedən xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar.
Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.
Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri