“Elektron hökumət” portalına yeni elektron xidmətlər əlavə edilib.
“Vergilər Nazirliyinin 5 xidməti portala inteqrasiya edilib. Belə ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi”, “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” və “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidmətlərinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.
“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı” xidməti rezident vergi ödəyicisinin filialının, nümayəndəliyinin elektron qaydada qeydiyyata alınmasını əhatə edir.
“Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmətinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin aparatının funksional idarələrinin vergi orqanlarının yazılmış aktları və onların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən verilmiş təkrar şikayət və ərizələrə məhkəmədən kənar (məhkəməyə qədər) obyektiv və hərtərəfli araşdırma aparılmaqla baxılması prosesləri daxildir.
“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” xidməti vasitəsilə istifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya siri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.
“Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidməti istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etmə proseslərini əhatə edir.
“Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidməti Azərbaycan Respublikasında yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılmasından ibarətdir.
Qeyd edək ki, bu e-xidmətlər “Elektron hökumət” portalına əlavə olunduqdan sonra Vergilər Nazirliyinin portal üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb. (ictnews)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri