Dövlət qurumlarının informasiya sistemləri bir məkanda mərkəzləşəcək

18-03-2019 / 18:23

“Hazırda “Hökumət buludu”nun yaradılması istiqamətində işlər aparılır və konsepsiyası hazırlanır. Sənəd hazırda son, yəni imzalanma mərhələsindədir".

Xeberler.az  bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, “Hökumət buludu”nun məqsədi ondan ibarətdir ki, dövlət qurumları özlərində data infrastrukturu qurmur: “Burada platform olaraq bulud texnologiyalarından istifadə edilir. Bununla da, dövlət qurumlarının texnoloji xərcləri azalır. Mütəxəssis hazırlığına olan xərclər və tələbat azaldılır və bu “Data Mərkəz”də yerləşdirilir. “Data Mərkəz”in verdiyi bulud texnologiyalarından istifadə edilir. Bu halda dövlət qurumlarının informasiya sistemlərinin bir məkanda mərkəzləşməsi prosesi gedir. Bu isə ancaq bulud texnologiyası əsasında olur. Hazırda “Data Mərkəz”lərin verdikləri xidmətlər buna yönəlir. Bu gün “Data Mərkəz” həm dövlət sektoruna, həm də özəl sektora xidmət göstərir”.

Bildirək ki, “Hökumət buludu”nun (G-Cloud) yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tərkib hissəsidir.

Qeyd edək ki, Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır.

Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə