Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu”nun arxitekturasını işləyib-hazırlayıb.
Xeberler.az Report-a istinadən bildirir ki, həmin arxitekturada “Hökumət buludu”nun fəaliyyətinin aktiv, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla dörd data mərkəzi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir. Adıçəkilən Strateji Yol Xəritəsinə uyğun olaraq “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılmasını və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini ehtiva edən irihəcmli bir layihədir.
Dövlət başçısının “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" 3 iyun 2019-cu il tarixli fərmanına əsasən, “Hökumət buludu” layihəsinin həyata keçirilməsi ilə dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına və dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına nail olunacaq. Beləliklə, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi imkanı yaranacaq.
Fərmanda qeyd olunduğu kimi, “Hökumət buludu”nun fiziki təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidməti ilə “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunması üçün birgə tədbirlər görüləcək.
“Hökumət buludu” layihəsinin reallaşdırılması ilə dövlət qurumları İT infrastruktur ilə bağlı xərclərin azaldılmasına nail olacaq. Belə ki, “bulud” texnologiyası İT infrastrukturunun “hovuz prinsipi” əsasında vahid platformadan idarə edilməsini təmin etməklə resursların daha səmərəli istifadəsini mümkün edəcək. Dünya təcrübəsi onu göstərir ki, “Hökumət buludu”na miqrasiya etmiş dövlətlər İT xərclərinə 25-30 % qənaət etmiş olurlar.
Yeni yaradılacaq data mərkəzləri “Uptime Institute” təşkilatının “TIER III” beynəlxalq sertifikatına, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO-20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartlarına cavab verməklə “bulud” xidmətləri üzrə müasir dünya standartlarına uyğunlaşdırılacaq. Həmçinin, data mərkəzlərdə istifadə olunan avadanlıqlar “N+” prinsipi əsasında idarə olunacaq. Bu isə öz növbəsində hər hansı avadanlıqda profilaktika işləri aparılarkən və ya texniki nasazlıq baş verdiyi təqdirdə, xidmətin fasiləsizliyinin təmin olunması məqsədilə ehtiyatda olan ikinci avadanlıqdan istifadə olunması deməkdir. Beləliklə, informasiya texnologiyalarının idarə olunmasının düzgün və etibarlı şəkildə qurulması bu prosesin təhlükəsiz həyata keçirilməsi üçün bütün hallarda 99,982 faiz dayanıqlılıq səviyyəsi təmin ediləcək.
“Hökumət buludu”na qoşulmuş dövlət qurumları onlar üçün ayrılmış İT resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə idarə etmək imkanına malik olacaqlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri