Düşüncə gücü ilə idarə olunan televizor pultu

01-02-2017 / 11:56

Netflix xidmətinin dörd istehsalçısı Hack Day illik müsabiqəsi çərçivəsində düşüncə əmrlərinin köməyi ilə televizor pultunu əvəz edən qurğu yaradıb.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, MindFlix adlı qurğu sahiblərinə düşüncəni daha yaxşı fokuslamaq və konsentrasiyanı itirməməyə imkan verən Muse qarniturları əsasında yaradılıb.

Lakin Netflix  mühəndisləri qarniturun digər tətbiqini də aşkar ediblər və onu xidmət menyusunun televizorun ekranında sürüşdürülməsi və videokontentin işə salınması üçün uyğunlaşdırıblar.

Analoji müsabiqələr digər texnologiya şirkətləri arasında da keçirilir. Bu kimi yarışlar əməkdaşların komandada işləmək bacarıqlarının formalaşdırılmasına və məsələlərin həllinə innovativ yanaşmağa imkan verir.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə