Previous Next
Bağla

Telefonlara hava vasitəsilə enerji yüklənəcək

21-02-2018 10:52
Telefonlara hava vasitəsilə enerji  yüklənəcək

Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mühəndisləri atmosferdən elektrik istehsal etmək imkanına malik qurğu hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu qurğu ətraf mühitin temperaturunun gündəlik “oynamaları” əsasında işləyir.

Əgər gündüz və gecə temperatur fərqi 10 dərəcə Selsi təşkil edərsə, bu zaman o, 1,3 mVt enerji və 350 mV potensial istehsal edir. Bu enerji sadə tənzimləyicilər və əlaqə vasitələrinin işlərini təmin etmək üçün kifayət edir.

Qurğu qrafen qatıyla örtülmüş və xüsusi mum ilə doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanmışdır. Cihazın bir tərəfi istini ayırır, digər tərəfi isə onu toplayır. Temperaturların bu kimi “tərəddüdləri” elektrik enerjisi istehsal etməyə imkan verir. Alimlər bildirirlər ki, bu istilik rezonatoru ən yüksək istilik ətalətinə malikdir.

Yaxın zamanlarda alimlər mobil qurğuları, həmçinin smartfonları enerji ilə yükləmək imkanını təmin etmək üçün cihazın gücünün artırılmasına yönəldilmiş tədqiqatlar aparmaq niyyətindədirlər. Mütəxəssislər əmindirlər ki, gələcəkdə istilik rezonatoru kənar regionları elektrikləşdirməyə kömək edəcək.

Qeyd edək ki, ötən ilin payızında “Enerji” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə yüklənməsi üzrə sınaqlar keçirib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Telefonlar ocaqdan enerji toplayacaq

Telefonlar ocaqdan enerji toplayacaq

27-06-2011
Alimlər Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlayıb

Alimlər Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlayıb

26-11-2015
İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

25-12-2009
Mobil telefonlar naqilsiz enerji yığacaq

Mobil telefonlar naqilsiz enerji yığacaq

22-07-2019
Mobil cihazların enerji ilə təchizatı Wi-Fi-la mümkün olacaq

Mobil cihazların enerji ilə təchizatı Wi-Fi-la mümkün olacaq

29-11-2015
Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

25-01-2017
Bütün telefonlara uyğun gələcək  enerji doldurma qurğusu hazırlanır

Bütün telefonlara uyğun gələcək enerji doldurma qurğusu hazırlanır

05-01-2016
Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022
Smartfonları enerji ilə dolduran pul kisəsi

Smartfonları enerji ilə dolduran pul kisəsi

08-06-2017
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
Yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq

Yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq

24-12-2015
Yeni çip smartfonları daha sürətli edəcək

Yeni çip smartfonları daha sürətli edəcək

19-02-2018
İstiliyi qış üçün toplayan texnologiya

İstiliyi qış üçün toplayan texnologiya

24-01-2017
Bu rezindən enerji əldə etmək mümkün olacaq

Bu rezindən enerji əldə etmək mümkün olacaq

19-05-2015
Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

12-01-2017
"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023
Bu kabel istənilən telefonu enerji ilə təmin edir

Bu kabel istənilən telefonu enerji ilə təmin edir

17-10-2015
Süni intellektə malik diş fırçası hazırlanıb

Süni intellektə malik diş fırçası hazırlanıb

31-03-2018
Plazma televizorlarının satışı qadağan olunacaq

Plazma televizorlarının satışı qadağan olunacaq

13-01-2009
Okean axınlarından enerji əldə olunacaq

Okean axınlarından enerji əldə olunacaq

30-08-2017
Unikal enerjidoldurma qurğusu

Unikal enerjidoldurma qurğusu

14-11-2017
Gələcəyin kompüteri necə olacaq?

Gələcəyin kompüteri necə olacaq?

19-04-2017
Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

05-10-2018
Kosmosdan enerji almaq mümkün olacaq

Kosmosdan enerji almaq mümkün olacaq

17-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə