Yeni qurğu klaviatura və mausu əvəz edəcək

18-05-2016 / 11:20

Tap Systems şirkətinin mühəndisləri tərəfindən hazırlanmış Tap adlı daşınan qurğu mətnin qoşulan klaviatura və ya ekran klaviaturası olmadan daha tez daxil edilməsi üçün alternativ üsul və virtual reallıq kontrolleri kimi təqdim edilir.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, 31-dək basılma jestini tanıya bilən elastik manipulyator barmaqların hərəkətini qeydə alır, müvafiq proqram təminatı isə onu Bluetooth ilə qoşulmuş qurğu üçün əmr halına gətirir.

Qurğunun sahibi onu əlinə taxaraq virtual klaviaturada olduğu kimi yazır. İstehsalçılar bildirirlər ki, qadjetlə yazmaq üçün relyefindən və struktur xüsusiyyətlərindən asılı olmayaraq istənilən səth uyğundur.

Cari ildə qurğunun kommersiya istehsalına başlanılması gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə