“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in funksionallığı artırılır

16-06-2015 / 11:15

Tezliklə “Elektron hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.

Bu barədə Xeberler.az-a Məlumat Hesablama Mərkəzindən  məlumat verilib. 

Bundan əlavə, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq mümkün olacaq.

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.