Previous Next
Bağla

Elektron imza ilə bağlı yenilik

03-08-2017 15:40
Elektron imza ilə bağlı yenilik

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

Belə ki, “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş “Elektron imza” ilə mümkündür.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə elektron imzanı (www.e-imza.az) ASAN xidmət mərkəzlərində MİDA-nın "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb.

Belə ki, Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 03.08.2017-ci il tarixindən etibarən “Elektron imza” sertifikatları Bakı şəhərində yerləşən 1, 3, 5 saylı ASAN xidmət mərkəzlərindən və Sumqayıt ASAN xidmət mərkəzindən də əldə oluna bilər.

Ümumilikdə e-imzanın alınması üçün proses aşağıdakı ardıcıllıqla həyata keçirilir:

Vətəndaş yuxarıda qeyd olunmuş ASAN xidmət mərkəzlərindən birinə gələrək MİDA operatoruna yaxınlaşır və sənədlərini təqdim edərək müraciət edir;

Operator daxili prosedurları həyata keçirdikdən sonra “Elektron imza" üçün müraciət formalaşdırıb Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidməti Mərkəzinə (MSXM) göndərir;

MSXM öz növbəsində ödənişin həyata keçirilməsi üçün sorğunu qəbul edir, bildiriş formalaşdırır və dərhal MİDA-ya qaytarır;

Operator yaradılan bildirişi çap edərək ödəməsi üçün vətəndaşa təqdim edir;

Vətəndaş ASAN xidmət mərkəzində fəaliyyət göstərən banka yaxınlaşaraq bildiriş nömrəsini təqdim etməklə ödənişi həyata keçirir;

Ödəniş edildikdən sonra elektron imza  sertifikatı (token daşıyıcısında) istehsal edilir, paketlənərək təyin olunmuş vaxtlarda müvafiq xidmət məntəqələrinə çatdırılır;

Vətəndaş növbəti gün xidməti pəncərəyə yaxınlaşaraq e-imza sertifikatını əldə edə bilir.

Qeyd edək ki, “Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin elektron imza sertifikatının alınmasında köməklik göstərmək məqsədilə  ASAN xidmət mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.

“Güzəştli mənzil” sistemindən elektron imza və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalında aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. E-imza sertikatına sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı, "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026
Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017
Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

Güzəştlə mənzil ala biləcək vətəndaşların kateqoriyaları genişləndirilib

27-05-2021
“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023
MİDA:Vətəndaşların nəzərinə!

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023
Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019
Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019
“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022
Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019
Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018
Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019
Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018
Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018
Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018
Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018
Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019
MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019
“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

17-11-2016
Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019
MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

07-08-2018
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023
Mənzil almaq üçün elektron xidmət təkmilləşdirilir

Mənzil almaq üçün elektron xidmət təkmilləşdirilir

20-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə