Previous Next
Bağla

Vətəndaşlar elektron xidmətlərlə bağlı hansı yenilikləri istəyirlər?

27-10-2015 14:53
Vətəndaşlar elektron xidmətlərlə bağlı  hansı yenilikləri istəyirlər?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalının "Fikir bankı" vasitəsi ilə vətəndaşların ən çox maraq dairəsində olan təkliflərdən bir neçəsini açıqlayıb.
 
Xeberler.az bildirir ki, mərkəzin açıqlamasında qeyd edilir ki, portala müvafiq autentifikasiya vasitələri ilə daxil olan hər bir vətəndaşın "Şəxsi kabinet"i formalaşır. Bu gün vətəndaşlar şəxsi kabinetlərində müxtəlif tipli cərimələr, portal üzərindən olunan müraciətlərin nəticələri barədə və s. bildirişlərin əlçatan edilməsini istəyir. Həmçinin, "Şəxsi kabinet"də əks olunan fərdi məlumatların yenilənməsi də təklif edilir.
 
Məlum olduğu kimi, "Elektron hökumət" portalı vətəndaşlara əlavə qayğı olan müxtəlif növ arayış tələbinə elektron çözüm tətbiq edən ilk sosial xidmət məkanıdır. Hazırda, portal üzərindən 10 adda arayış formalaşdırmaq mümkündür. Belə arayışlardan  "Yaşayış yeri barədə arayış"ın elektron ekvivalenti  portalda mövcuddur, vətəndaşların "Fikir bankı"na ünvanladıqları müraciətlərdən biri mənzildə qeydiyyatda olanlar barədə arayışın (Forma 2-nin) portal üzərindən formalaşdırılması ilə bağlıdır.
 
Növbəti təklif dərman vasitələri barədə yeni qanuna əsasən dərman preparatlarının tənzimlənmiş qiymətləri ilə bağlıdır. Belə ki, vətəndaşlar təklif edirlər ki, dərman vasitələri üzrə vahid qeydiyyat sistemi yaradılsın və bu sistem portal üzərindən vətəndaşlara açıq edilsin. Vətəndaş apteklərə yaxınlaşmazdan əvvəl alacağı dərman preparatlarının qiymətini və digər mümkün məlumatları əldə edə bilsin.
 

"Elektron hökumət" portalının "Fikir Bankı"nda qeydiyyata alınan müraciətlərdən 12-si artıq reallaşdırılıb, portalın marağına səbəb olan 15 müraciət isə reallaşdırılması üçün müzakirəyə çıxarılıb.
 
Qeyd edək ki, "Elektron hökumət" quruculuğunda iştirak etmək istəyən  vətəndaşlar  portalın ana səhifəsində yerləşdirilmiş  "Fikir bankı"na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) "Elektron hökumət"ə aid istədiyi  təklifi daxil edə,  yaxud burda toplanmış təkliflərə öz münasibətini bildirə bilərlər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vətəndaşlar  “Elektron hökumət”  portalına təklif göndərib

Vətəndaşlar “Elektron hökumət” portalına təklif göndərib

13-01-2016
E-xidmətlərlə bağlı fikirlərinizi video-çarxla bildirə bilərsiniz

E-xidmətlərlə bağlı fikirlərinizi video-çarxla bildirə bilərsiniz

02-07-2015
Portala inteqrasiya edilən e-arayışların sayı artdı

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016
Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

21-01-2015
Daha 4 arayış elektron formaya keçirilir

Daha 4 arayış elektron formaya keçirilir

27-04-2015
Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015
Kredit arayışları elektron qəbul ediləcək

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017
Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015
 Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016
Elektron İpoteka portalı ünvanını dəyişib

Elektron İpoteka portalı ünvanını dəyişib

10-07-2019
Hansı elektron arayış daha populyardır?

Hansı elektron arayış daha populyardır?

07-10-2015
Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017
Daha bir arayış elektron formada veriləcək

Daha bir arayış elektron formada veriləcək

28-08-2015
Portalın mobil tətbiqi yeniləndi

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017
Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015
Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015
Daha bir bank portala qoşuldu

Daha bir bank portala qoşuldu

24-10-2017
Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015
“Elektron Hökumət” portalının istifadəçiləri nə qədərdir?

“Elektron Hökumət” portalının istifadəçiləri nə qədərdir?

19-08-2015
“Elektron Hökumət və gənclər” seminarı keçirilib

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015
Daha 2 qurum portal üzərindən xidmət edəcək

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018
Unibank vətəndaşlar üçün daha innovativ elektron xidmət hazırlayır

Unibank vətəndaşlar üçün daha innovativ elektron xidmət hazırlayır

16-10-2015
E-arayışlardan istifadə edənlər çoxalır

E-arayışlardan istifadə edənlər çoxalır

28-05-2015
Fərdi məlumatlar üzrə 11789 elektron arayış formalaşdırılıb

Fərdi məlumatlar üzrə 11789 elektron arayış formalaşdırılıb

21-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə