“Elektron hökumət” portalında iki yenilik edilib

17-12-2015 / 13:27

“Elektron hökumət” portalında iki yenilik tətbiq olunub.

Xeberler.az portala istinadən verdiyi məlumata görə, “Elektron hökumət” portalındakı yeniliklərdən biri kod/parolla girişdə virtual klaviaturanın yerləşdirilməsi olub.

Qeyd edilib ki, bu klaviatura vasitəsilə istifadəçi kompüterinin klaviaturasından istifadə etmədən asanlıqla, təhlükəsiz kod/parolu daxil edə bilər. Bu funksionallıq adətən kompüterdə ola biləcək hər hansı casus proqramın (KeyLogger) klaviaturadan daxil edilən məlumatları əldə etməsinin qarşısını almaq üçün istifadə olunur.

Portalda həyata keçirilən digər yenilik istifadəçi məlumatları hissəsində “məlumatları yenilə” düyməsinin əlavə edilməsidir. Bu düymə istifadəçinin şəxsi kabinetindəki şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlarında hər hansı dəyişiklik olduğu təqdirdə, bu məlumatların sistem vasitəsilə avtomatik yenilənməsini təmin edir.

Xeberler.az
  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə