Previous Next
Bağla

ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

07-11-2016 16:18
ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

Sürücülər ASAN ödəniş sistemindən istifadə etməklə öz işlərini daha da asanlaşdıra bilərlər.

Xeberler.az-ın məlumatına görə, yeniliklərdən faydalanmaq üçün ilk növbədə www.asanpay.az portalında qeydiyyatdan keçib "elektron kabinet" yaratmaq lazımdır.

Elektron imza və Asan imza sahibi olanlara isə qeydiyyatdan keçmək tələb olunmur. Onlar şəxsi imza vasitəsilə qeydiyyatdan keçmədən elektron kabinet yarada bilərlər. Artıq qərarsız cəriməni www.asanpay.az -da elektron kabineti olan hər bir sürücü plastik kartla ödəyə bilər.

Bundan əlavə, sürücü cərimə ilə razılaşmadıqda şikayət edə bilər. Hər bir sürücünün elektron kabinetdə cərimənin olub olmaması ilə bağlı çıxarış əldə etmək imkanı var. 

Elektron kabinetdə ödənilmiş cərimələrlə bağlı ödəmə tarixçəsi bölməsi mövcuddur. Cərimələrlə bağlı müvafiq orqan tərəfindən protokol ,foto və videolar əlavə edilərsə, bu halda  elektron kabinetdə  sürücü istənilən vaxt onlara baxa bilər.

Elektron kabinetə yerləşdirilən cərimə barədə sürücüyə SMS göndərilir. Elektron kabinetin üstünlüklərindən biri budur ki, Sizin mobil nömrəniz DYP-də olmaya bilər, lakin www.asanpay.az -da qeydiyyatdan keçdikdən sonra yazdığınız nömrəyə elektron kabinetdə öz əksini tapan cərimə barədə SMS göndərilir.

Cəriməni bir ay ərzində ödəmədikdə dəbbə pulunun hesablanması nəzərdə tutulan gündən bir neçə gün öncə yenidən SMS vasitəsilə sürücüyə xəbərdarlıq mesajı göndərilir və hansı tarixdən etibarən cərimənin üzərinə dəbbə pulu hesablanacağı qeyd olunur.

Sürücü istifadəçi adı və ya email ünvanı eyni zamanda şifrəni qeyd etməklə elektron kabinetə daxil ola bilər. Şəxs şifrəni unutduğu zaman qeydiyyatdan keçdiyi nömrə və ya  e-mail ünvanı vasitəsilə şifrənin bərpa olunması mümkündür. Mobil telefon nömrəsi hər hansı səbəbdən (korlanma, dəyişmə, itirilmə və s. səbəblər) ləğv olunan və ya email ünvan vasitəsilə şifrəsini bərpa edə bilməyən şəxslər 1 saylı Bakı ASAN xidmətmərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.

Eyni zamanda sürücü istədiyi halda hər hansı bir səbəbdən şəxsi kabinetdə qeydiyyatdan keçdiyi nömrəni şəxsi məlumat bölməsində “Məlumatları dəyişdir” əmrindən istifadə etməklə  dəyişdirə bilər.

Cərimələrin olub-olmaması barədə çıxarış əldə edən sürücü, onu saxlayan DYP əməkdaşına təqdim edə bilər. Çıxarışın həqiqiliyini QR kod oxucu ilə yoxlamaq mümkündür.

"Xüsusi imkanlar" bölməsində sürücüləri daha bir yenilik gözləyir. Şəxs mülkiyyətində olan və ya etibarnamə vasitəsilə idarə olunan nəqliyyat vasitələri ilə bağlı tərtib olunan protokollar barədə elektron kabinetdən məlumat əldə bilər. Bunun üçün avtomobilin dövlət nömrə nişanını və qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsini daxil etmək lazımdır.

Qeyd edək ki, hazırda ASAN ödəniş sisteminin 100-dən artıq ödəmə terminalı fəaliyyət göstərir. Onların əksəriyyəti Bakıdadır və paytaxtın müxtəlif ərazilərində, eləcə də, Dövlət Yol Polisi şöbələrində terminallar mövcuddur. Rayonlarda isə ödəmə terminalları yalnız ASAN xidmət mərkəzlərindədir. Sürücü həmin terminallar vasitəsi ilə protokolun seriya və nömrəsini daxil etməklə cəriməni ödəyə bilər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015
DİM-in elektron xidmətlərindən istifadə etmək üçün Şəxsi kabinet yaradanların nəzərinə

DİM-in elektron xidmətlərindən istifadə etmək üçün Şəxsi kabinet yaradanların nəzərinə

05-02-2019
Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015
“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı  - 500 000-İ KEÇDİ

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021
Azercell –in “Asan İmza” endirimləri davam edir

Azercell –in “Asan İmza” endirimləri davam edir

31-03-2015
ASAN ödəniş-dən daha bir yenilik

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018
Radarların çəkdiyi şəkil və videolar birbaşa vətəndaşa təqdim olunacaq

Radarların çəkdiyi şəkil və videolar birbaşa vətəndaşa təqdim olunacaq

09-02-2015
ASAN ödəniş sistemindən istifadə qaydaları təsdiq edilib

ASAN ödəniş sistemindən istifadə qaydaları təsdiq edilib

08-12-2015
DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019
DİM-in saytında “Şəxsi kabinet” necə yaratmaq olar?-Ödəniş üsulları

DİM-in saytında “Şəxsi kabinet” necə yaratmaq olar?-Ödəniş üsulları

28-02-2017
EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021
“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS  vasitəsilə uzada bilərlər

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021
“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015
Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019
ASAN ödəniş terminalları xidmət göstərməyəcək

ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018
Elektron imza ilə bağlı yenilik

Elektron imza ilə bağlı yenilik

03-08-2017
E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018
Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

06-01-2016
3 saat ərzində e-viza almaq imkanı-Yenilik

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017
“Asan İmza”  azexport.az portalına inteqrasiya edilib

“Asan İmza” azexport.az portalına inteqrasiya edilib

22-12-2016
“Elektron ipoteka” sistemindən necə istifadə etməli?

“Elektron ipoteka” sistemindən necə istifadə etməli?

10-08-2017
Daha bir ölkə ASAN Viza ala biləcək

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə