Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018 / 17:25

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli müvafiq fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir.

Xeberler.az bildirir ki, bu dəfə torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulan bölgələr Quba və Qusar rayonlarıdır.

Qeyd edək ki, iyunun 14-də Qusarda bu istiqamətdə görüləcək işlərin izahı, gözlənilən nəticələr və onun gələcək perspektivləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə komitə ilə bərabər, Qusar Rayon İcra Hakimiyyəti, bələdiyyələri, bu sahəyə aid olan dövlət qurumlarının nümayəndələri, o cümlədən, mülkiyyətçilər, sahibkarlar və media nümayəndələri iştirak edib.

Belə ki, tədbirdə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırki real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqların aradan qalxacağı vurğulanıb.

Həyata keçiriləcək bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarətinin təkmilləşəməsi ilə yanaşı, vətəndaşların əmlaklarına dair çıxarış almaları sadə və çevik olacaq.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.