Previous Next
Bağla

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019 14:39
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində idarəetmə mexanizmi təkmilləşdi. Artıq Füzuli rayonun mülkiyyətçiləri torpaqların dəqiq sərhədlərini, keyfiyyətini müəyyən edəcək.

Xeberler.az  bildirir ki, elektron kadastr uçotu işlərinin verdiyi nəticələrdən dövlətlə yanaşı, vətəndaşlar da yararlanır. Başqa sözlə, Füzuli rayonun torpaqları üzrə bütün məlumatlar real şəraitdə, praktiki olaraq istifadə ediləcək. Bununla da torpaqların istifadəsində səmərəliliyin təmin olunması üçün görülən işlər daha da optimal və intensiv olacaq. Bu fikirlər Torpaqların elektron kadastr uçotu işlərinin Füzuli rayonunda yekunu ilə bağlı keçirilən təqdimatda səsləndirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, praktiki əhəmiyyəti, torpaq idarəçiliyində rolu müzakirə olunub.

Qeyd edilib ki, uçot işləri nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki texniki göstəricilərlə həmin sahəyə dair faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılır. Həmçinin vətəndaş əldə etdiyi məlumatlar nəticəsində torpaqları hansı kənd təsərrüfatı sahəsinə cəlb edilməsi ilə bağlı düzgün qərara qəbul edəcək, lazımi aqrotexniki və meliorativ tədbirlər görəcək.

Kadastr uçot işləri nəticəsində hazırlanan eroziya xəritələri sayəsində ərazilərin landşaftı məlum olacaq. Bununla mülkiyyətçilər torpaqların aşınma zonasında yerləşib yerləşmədiyini müəyyən edəcəklər, eroziyaya qarşı düzgün mübarizə tədbirlərini həyata keçirə biləcəklər. Görülən işlər nəticəsində rayonun sərhədləri daxilindəki dövlət, bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqların həcmi dəqiqləşib. Belə ki, Füzuli rayonunun (işğal olunmayan) bələdiyyə hüdudları daxilində 30,3 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub.

Bəlli olub ki, bu ərazidən 16,7 min hektarı dövlət, 5,3 min hektarı bələdiyyə, 8,3 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 23,1 min hektara yaxını (76.2 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 19,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 17.3 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 19,4 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 15404 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 702 tikili və qurğuların (bundan 366-sı dövlət mülkiyyətində, 249-u bələdiyyə mülkiyyətində, 87-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə