Previous Next
Bağla

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019 14:13
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Artıq Ağdaş rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib.

Xeberler.az  bildirir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə martın 6-da İctimai təqdimat keçirib. Tədbirdə Ağdaş rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub. Uçot işləri nəticəsində Ağdaş rayonunun bələdiyyə hüdudları daxilində 78 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 10,7 min hektarı
dövlət, 39,4 min hektarı bələdiyyə, 27 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 50,3 min hektara yaxını (64.5 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 34,5 min hektarını əkin sahələri təşkil edir.

Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələrinin həcmi 29 min hektar olduğu halda, elektron uçot nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 34,5 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 13 min 174-nün torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib.

Belə ki, həmin ərazilərdə 1297 tikili və qurğuların (bundan 68-i dövlət mülkiyyətində, 855-i bələdiyyə mülkiyyətində, 375-i xüsusi mülkiyyətdə) olduğu aşkar olunub. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq bu işlər həyata keçirilir. Artıq respublikanın 33 rayonunun bələdiyyə hüdudları daxilindəki kənd təsərrüfatı təyinatlı torpaqlarda kadastr uçotu işləri yekunlaşıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

07-01-2025

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə