Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015 / 16:59

Məlumat verdiyimiz kimi, ölkədə  Facebook sosial şəbəkəsində istifadəçilər ciddi problem yaşayır. Belə ki, dünən axşamdan etibarən bu sosial şəbəkədə istifadəçilər üçün təhlükəli virus yayılıb. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları Facebook şəbəkəsində meydana çıxan yeni təhlükə ilə bağlı araşdırma aparır.

Mərkəzdən Xeberler.az-a  verilən məlumat görə, Facebook sosial şəbəkəsində şəxsi mesajlar bölməsindən istifadəçilərə spam mesajlar göndərilir. Şəxsi mesaj xanasından göndərilən spam mesajlar aldadıcı xarakter daşıyır və istifadəçilərin kompüterinə ziyanverici proqramın yüklənməsinə gətirib çıxarır. Tövsiyə olunur ki, şəxsi mesaj bölməsindən göndərilən mesajlara əlavə olunan keçidlərə, dostlarınızın profillərində və ya ana səhifədə paylaşılan keçidlərə daxil olmayasınız. Keçidə klikləmisinizsə, bu halda kompüterə endirilən faylı açmayın.

Əgər ziyanverici proqram artıq kompüterinizə yayılmışsa, bu halda:

Kompüterin İdarəetmə panelindən (Control Panel) kompüterə yüklənən tanımadığınız proqramları silin (Uninstall);

Brauzerin Extensions (genişlənmə) bölməsindən bütün genişlənmələri silin;
Facebook-da “Uyğulamalar" bölməsində olan proqramları silin. Bunun üçün "Tənzimləmələr" bölməsini seçin və "Uyğulamalar"a daxil olun. Uyğulamaların adlarının sağ tərəfində "sil" əmrini seçin;
 
Antivirus vasitəsi ilə kompüterinizi viruslardan təmizləyin;
 
Brauzeri silin və yenidən quraşdırın.
 
Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən cari problemlə əlaqədar araşdırmalar davam edir və nəticələr barədə məlumat mərkəzin veb saytında dərc olunacaq.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.