Previous Next
Bağla

Azərpoçtdan mobil telefon istifadəçilərinə XƏBƏRDARLIQ

05-09-2018 10:15
Azərpoçtdan mobil telefon istifadəçilərinə XƏBƏRDARLIQ
Son zamanlar Azərpoçt MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
 
Xeberler.az  virtualaz.org-a istinadən bildirir ki, Azərpoçt MMC-dən verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: "Təbriklər! Siz İphone X və ya Hədiyyə Kartı udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.
 
Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir.
 
Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.
 
Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki;
 
İnternetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.
 
Bu halda telefonunuza www.yetill.com saytından arzu olunmayan "pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, siz www.yetill.com saytına yönləndirildiyiniz zaman reklam banerində Əgər 18+ yaşınız varsa kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər İcazə ver düyməsini klikləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta "pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq.
 
www.yetill.com istifadəçinin internet brauzerindən IP ünvanı, veb brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.
 
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.
 
Probelmin həll olunması üçün:
 
– Windows İdarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbərəniz olmadan) proqramları kompüterinizdən təmizləyin.
 
– Chrome və ya digər brauzerlərin tənzimləmələr bölməsindən www.yetill.com-dan olan uzantıları (extension) silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur.
 
Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın ( scan edin) və viruslardan təmizləyin.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt-un adından vətəndaşlara saxta mesajlar göndərilir

28-08-2018

Azərpoçt vətəndaşlara xəbərdarlıq edib

25-09-2019

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015

İnternetdə zərərli reklamların qarşısını necə almaq olar?

24-11-2015

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

Nazirlik: Şəxsi məlumatlarınız oğurlana bilər

05-02-2018

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Twitter-dən təhlükəsiz istifadə qaydaları

17-04-2023

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

27-01-2025

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə