Elektron Təhlükəsizlik Mərkəzi Facebook-dakı virusları səbəbini araşdırmağa başladı.
Hazırda Facebook sosial şəbəkəsində istifadəçilər ciddi problem yaşayır.
Xeberler.az-ın məlumatına görə, dünən axşamdan etibarən bu sosial şəbəkədə istifadəçilər üçün təhlükəli virus yayılıb. Viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində özünü göstərir.
Facebook-da şəxsi mesaj bölməsinə digər dostlardan virus linkləri gəlir. Belə ki, sizin mesaj qutunuza bildiriş gəlir ki, dostlarınızdan biri qrup yaradıb və sizi də həmin mesajlaşma qrupuna əlavə edib. Lakin dostlarla maraqlananda bu qrupun onlar tərəfindən yaradılmadığı məlum olur.
Onlar da məsələnin nədən qaynaqlandığını dəqiqləşdirə bilmirlər.
Qeyd edək ki, bu günə qədər Facebook-da belə problemlər tez-tez yaşanırdı. Amma bu qədər kütləvi formada virusların yayılması ilk dəfədir. Hazırda da bizim də mesaj qutumuza dayanmadan müxtəlif dostların hesablarından virus linki gəlir.
Sosial media üzrə ekspert Azər Həsrət Xeberler.az-a məsələ ilə bağlı bildirib ki, bu, virusdur və sosial şəbəkədə normal haldır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, artıq bu barədə məlumatları var. Mərkəzdən bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar aparılır, problemin nə ilə əlaqəli olması müəyyənləşdirilir.
Mərkəz bildirib ki, yaxın zamanda bununla bağlı istifadəçilərə məlumat veriləcək. Qeyd edək ki, bu cür viruslar əsasən media nümayəndələri arasında yayılıb. Bəzi jurnalistlər bunun qəsdən edildiyini hesab edirlər.
Qeyd edək ki, bu, viruslardan məlumatsız olan sosial şəbəkə istifadəçilərinin öz parollarını itirmələri ilə nəticələnə bilər.
Ekspertlər Xeberler.az –a bildirib ki, istifadəçilər bu günlərdə mesajların oxunmasında , xüsusilə də qrup mesajlarına qarşı diqqətli olmalı və şübhəli mesajlarda göndərilən faylları açmamalı və bu tip qruplardan çıxmalıdırlar.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri