Previous Next
Bağla

Azərpoçt vətəndaşlara xəbərdarlıq edib

25-09-2019 10:38
Azərpoçt vətəndaşlara xəbərdarlıq edib

“Azərpoçt” MMC-nin loqosu ilə vətəndaşların mobil telefonlarına saxta mesajlar göndərilir. Bununla əlaqədar “Azərpoçt” vətəndaşlara xəbərdarlıq edib.

Xeberler.az məlumat verir ki, bu haqda MMC-dən bildirilib. Son zamanlar “Azərpoçt”un loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur. Mesajların mövzusu təxminən belədir: “Təbriklər, “Azərpoçt” istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni “Samsung Galaxy 10” cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”. Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb-brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində “Əgər 18+ yaşınız varsa, kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər “İcazə ver” düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və sair kimi müxtəlif məlumatları oxuyur. Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.

Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.

“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti məsələ ilə bağlı araşdırmaları davam etdirir. “Azərpoçt” belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırır ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, istər dövlət, istərsə də özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşır. Ona görə də vətəndaşlardan diqqətli olmaları xahiş edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt-un adından vətəndaşlara saxta mesajlar göndərilir

28-08-2018

Azərpoçtdan mobil telefon istifadəçilərinə XƏBƏRDARLIQ

05-09-2018

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

"Azərpoçt"un adından saxta mesajlar yayılır

17-09-2025

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

27-01-2025

ETX: "Azərpoçt" adından dələduzluqlar edilir

12-02-2025

Samsung Azərpoçt-un ölkə əhalisinə müraciəti ilə bağlı açıqlama verib

10-10-2019

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - Xəbərdarlıq

08-06-2023

Azərpoçtun adından gələn mesajlarla bağlı açıqlama

24-09-2018

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

28-03-2023

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

ETX: Azərpoçt adından dələduzluq halları davam edir

28-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə