Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik beynəlxalq təşkilata üzv seçilib

06-04-2015 / 14:44

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “First” beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib.

 Xəbərlər  Rabitə və Yüksək Texnologiyalar saytına istinadən məlumat verir ki,  dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin(CERT) əməkdaşlığını asanlaşdırmaq məqsədilə yaradılan “First” beynəlxalq təşkilatı kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.

 Bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsnə  imkan yaradacaq.  Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir.

 “First” hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir.  Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

 Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi ilə əlaqədar “First”ə üzv qurumların hər il müntəzəm olaraq forumu təşkil olunur ki, burada yalnız üzvlərə iştirak hüququ verilir.

 Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.