Previous Next
Bağla

“OIC-CERT” təşkilatı qlobal kibertəhlükəsizlik mükafatı üçün çağırış edir

03-08-2023 14:43
“OIC-CERT” təşkilatı qlobal kibertəhlükəsizlik mükafatı üçün çağırış edir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin İdarə Heyətinin üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT komandalarının birliyi olan “OIC-CERT” təşkilatı kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə “OIC-CERT qlobal kibertəhlükəsizlik mükafatı”nı təqdim edir.

Xeberler.az məlumat verir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi bu barədə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “OIC-CERT Mükafatı” dünyanın hər yerindən, ölkə və ya regionundan asılı olmayaraq, rəqəmsal aləmi təşviq etməklə cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verən bütün innovativ kibertəhlükəsizlik layihələrini tanıyır. Əlavə məlumatı https://www.oic-cert.org/en/awards.html saytında əldə etmək mümkündür.

Mükafat bir və ya bir neçə əsas sahəni əhatə edən seçilmiş layihə(lər) üçündür, lakin bunlarla da məhdudlaşmır:

a. İnsanlar (bacarıqların artırılması, məlumatlılıq, tədris və öyrənmə),

b. Proses (siyasət, idarəetmə, normalar və təşəbbüskarlıq) və/və ya

c. Texnologiya (sistemlər, həllər və innovasiyalar)

Yuxarıda qeyd olunanlara əsasən, Mükafat Komitəsi “OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı”na müraciət üçün çağırış edir. Müraciətlər dövləti, özəl sektoru, beynəlxalq və regional təsisatları, vətəndaş cəmiyyətləri və akademiyaları təmsil edən qurumlar üçün açıqdır. Bu təşəbbüs cəmiyyətin rifahına töhfə verən innovativ kibertəhlükəsizlik layihələrinin işlənib hazırlanması və həyata keçirilməsində ideyaları və uğur hekayələrini bölüşmək üçün dünyanın hər yerindən müraciətlərin təşviq edilməsi üçün hazırlanıb.

Qalib namizəd 1000 ABŞ dolları məbləğində pul mükafatı alacaq. Bütün namizədlərdən https://www.oic-cert.org/en/globalaward/form ünvanına keçid edib iştirak formasını yükləyərək doldurmaq və daha sonra [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. Müraciət üçün son tarix 2023-cü il avqustun 31-dək olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı” üçün müraciət elan olunub

01-05-2026

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

18-09-2025

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023

Azərbaycan beynəlxalq qurumun Direktorlar Şurasına üzv seçildi

07-11-2022

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin İdarə Heyətinə növbəti dəfə üzv seçilib

30-10-2024

Azərbaycan yenidən OIC-CERT-in "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək

08-02-2023

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023

Bakıda informasiya təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçiriləcək

01-05-2017

Azərbaycan yenidən İƏT üzrə "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək

13-03-2023

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05-03-2021

CERT-in rəsmi saytı yeniləndi

16-06-2017

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

06-07-2020

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025

CERT-in saytı yeni dizaynda təqdim ediləcək

14-06-2017

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik beynəlxalq təşkilata üzv seçilib

06-04-2015

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə