Elektron ticarətlə bağlı təlimlər başa çatdı-Fotolar

05-11-2016 / 18:24

NEXT STEP İnnovasiya Mərkəzi və ETİB - Elektron Ticarət İctimai Birliyinin təşkil etdiyi "Elektron Ticarət İmkanları İlə Biznes Qurmaq" adlı təlimlər başa çatıb.

Xeberler.az-ın məlumatına görə, təlim həftədə 2 dəfə, gündə 2 saat olmaqla cəmi 8 saat olub. Belə ki, 8 saatlıq təlimin sonunda iştitakçılar elektron ticarətin əsas sirlərini öyrənib, öz mağazalarını internetdə qurmaq istiqamətində yeni biliklərə sahib olub.

“Elektron Ticarət imkanları ilə biznes qurmaq” təlimi 4 moduldan(“Qurulum”, - “Satış və Reklam”, “ Çatdırılma”, “ Dəstək”).
ibarət olub.

Təlim elektron ticarət sahəsində nəzəri və praktiki biliklərə malik təlimçilər tərəfindən keçirilib.

Belə ki, təlimlərdə Megamart.az, Qastronom.az-ın rəhbəri Şərəf Novruzov, eticaretqur.com-un rəhbəri, elektron ticarət üzrə konsultant Nicat Manafov, Arshinmalalan.az-ın rəhbəri Cümşüd Əliyev, Elan.az-ın rəhbəri İlham Hacıbalayev, Gamebuy.az-ın rəhbəri  Seymur Həşimov,lojistika üzrə mütəxəssis Hikmət İbrahimov iştirakçılarla öz təcrübələrini paylaşıb.

Təlim sonunda NEXT STEP İnnovasiya Mərkəzi və ETİB tərəfindən iştirakçılara sertifikat təqdim olunub.

 

 

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.