Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının onlayn olaraq təşkil etdiyi “Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları təlimi uğurla bitirən iştirakçılara “QR kod” ilə təqdim olundu. Qeyd edək ki, COVID 19 pandemiyasının fonunda elektron ticarət sahəsinə olan marağın artmasını və karantin qaydalarının tətbiq olunmasını nəzərə alaraq Azexport.az portalı, Worldef Business School və Worldef şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsini həyata keçirib.
Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq loqistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyənnamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris olundu.
Ümümilikdə 7 gün davam edən və “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçirilən təlimlərdə 168 nəfər iştirak edib. Təlimdə 80 faizdən yuxarı iştirak göstəricisi olan 30-dan artıq şəxsə elektron sertifikat təqdim olunub. Sertifikatın üzərində yerləşdirilən “QR kod”u xüsusi mobil əlavə vasitəsi ilə oxutmaqla sertifikatın doğruluğunu sorğu etmək imkanı təqdim olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri