Ən bahalı domen satıldı

10-07-2018 / 15:23

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, Monako şirkəti banklar arasında pul əməliyyatlarını və kripto pul köçürmələrini həyata keçirmək üçün böyük bir addım atıb.

Belə ki, böyük bir qurum və ya birjanın satın alacağı gözlənilən Crypto.com domeni adı çəkilən şirkət tərəfindən alınıb.

Monako şirkətin baş icraçı direktoru Kris Marszalek bildirib ki: “Bu çox güclü addım və böyük məsuliyyətdir. Biz şirkət olaraq bunun öhtəsindən gələ biləcək qədər güclüyük."

Qeyd edək ki, Crypto.com domeni ilk dəfə 1993-cü ildə universitet professoru olan Matt Blaze tərəfindən satın alınıb. O, domeni yüksək məbləğ müqabilində belə şirkətlərə satmayıb.  Təhlükəsizlik tədqiqatçısı olan Blaze, ümumiyyətlə kriptovalyuta sistemini araşdıraraq gələcəkdə bu domen adının çox qiymətli olacağını müəyyən etdiyi üçün gözləyib.

Matt Blaze nəhayət Monako şirkəti ilə razılığa gəlib. Belə ki, şirkətin sözü gedən domen üçün 5 - 10 milyon dollar arasında pul ödədiyi bildirilir.

Həmçinin Monako tərəfindən VISA kripto pul kartı da hazırlanıb.

Sevinc Baba-zadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.