“.COM domeni xaricdə populyarlaşır”

27-10-2015 / 12:10

VeriSign şirkətinin son hesabatına görə, 2015-ci ilin üçüncü rübündə .СОМ və .NET zonalarında 9,2 milyon domen adı qeydiyyata alınıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, son illərdə bu göstərici rüb ərzində 8-9 milyon domen təşkil edir.

VeriSign nümayəndəsinin sözlərinə görə, qeydiyyat sayının artması son zamanlar .COM zonasında domenlərin ABŞ-dan kənarda daha çox qeydiyyatdan keçməsi ilə əlaqədardır. Domen alıcıları əsasən Asiya ölkələri, ilk növbədə Hindistan və Çindir.

Üçüncü rübün sonunda .СОМ və .NET zonalarında 135,2 milyona yaxın domen qeydiyyatdan keçib. İkinci rübdə domenlərin müddətinin uzadılması faizi 72,7 faizə bərabər olub (üçüncü rübün məlumatlarını hələ ki qiymətləndirmək mümkün deyil).   

Hesabat dövründə VeriSign şirkətinin gəliri 266 milyon dollar, xalis gəliri 92 milyon dollar təşkil edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə