Ən yaxşı 5 Android musiqi proqramı

12-05-2015 / 12:43

Ən yaxşı 5 Android musiqi tətbiqi siyahısı ilə yenə qarşınızdayıq. Musiqi həvəskarlarının musiqi dinləmə platformaları və dinlədikləri musiqilər zaman-zaman dəyişikliyə məruz qalır. Android əməliyyat sistemi üçün xeyli geniş bir tətbiqlər ilə istifadəçilərin telefonları daha funksional hal alır. Google Play-də çox sayda musiqi proqramı mövcuddur. Xəbərlər xarici mətbuata istinadən bu musiqi proqramlarını təqdim edir.

DoubleTwist

DoubleTwist xüsusən iTunes ekosistemi ilə yaxından əlaqəsi olan istifadəçilərin sevdiyi proqramdır. Proqram sadə dizayna və çoxsaylı formatlara  malikdir. Tətbiq video, podkast kimi məzmunları iTunes-a kabelsiz köçürə bilir, Apple TV və digər cihazlara musiqi göndərə bilir. DoubleTwist yalnız uğurlu bir musiqi proqramı deyil, eyni zamanda əhəmiyyətli funksiyalar ehtiva edən bir media player-dir.

Poweramp

Poweramp tərkibində müxtəlif xüsusiyyətləri mövcud olan proqramdır. Musiqi mövzusunda ciddisinizsə baxa bilərsiniz. Tətbiq 15 gün ərzində pulsuz istifadə edilə bilir. Bütün xüsusiyyətləri bu müddət ərzində sınayıb pulla alıb-almama mövzusunu qərarlaşdıra bilərsiniz. Proqramda eynilə DoubleTwist kimi vizual zənginlik təqdim edilir. " Now Playing " ekranında böyük albom qapağı görünür. Çox sayda temalara malikdir. Tətbiqi istədiyiniz şəkildə istifadə edə bilərsiniz.

Google Play Music

Google Play Music yalnız bir musiqi proqramı olmaqdan əlavə kənar funksiyalara da sahibdir. Google-un öz xidməti olduğu üçün telefonlara asan şəkildə inteqrasiya oluna bilir, əməliyyat sistemində açar ekranı da daxil yerləşə bilməkdədir. Proqramın önəmli xüsusiyyəti bulud imkanlarının olmasıdır. Musiqilərinizi bulud mühitinə yüklədikdən sonra Android əməliyyat sistemli ağıllı telefon harada olursa, olsun kolleksiyanızdan parçalar dinləyə bilərsiniz.

Shuttle Music Player

Shuttle Music Player proqramını daha əvvəl heç eşitməmiş ola bilərsiniz, ancaq mütləq nəzərə yetirilməli bir tətbiqdir. Tətbiqin ödənişli və ödənişsiz versiyaları vardır, ödənişli versiya yalnız 0.99 USD qarşılığında satın alına bilər.

Equalizer +

Tətbiqin funksiyasının əhəmiyyətli qismi adından da aydındır. Equalizer + digər tətbiqlərin əksinə ekvalayzer funksiyaları üzərinə fokuslanmış bir variantdır. Ödənişsiz olsa da proqram daxili satınalma variantlarına büdcə ayırdığınızda müxtəlif üstünlüklər təqdim edilə bilir. 

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə