Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

27-11-2015 / 21:29

Amerikanın Apple şirkəti tərəfindən iOS mobil əməliyyat sistemi üçün nəzərdə tutulan yeni proqram hazırlanıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Architecture of Radio adlanan bu proqram sayəsində ətrafdakı Wi-Fi dalğalarını görmək mümkündür. Proqramın Android versiyası isə 2016-cı ilin əvvəllərində aktivləşdiriləcək.

Riçard Vijgen tərəfindən hazırlanmış proqramın ilk təqdimatı avqust ayında Almaniyada keçirilib. Artıq onu Apple App Store proqram mağazasından cəmi 3 ABŞ dollarına yükləmək mümkündür. Proqram yükləndikdən sonra bazaya təxminən 7 milyon mobil qurğudan, 19 milyon Wi-Fi dalğalarından və yüzlərcə süni peykdən siqnallar daxil olur.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.