Previous Next
Bağla

Artıq naməlum zənglərin kimliyini proqramlar vasitəsilə müəyyən etmək mümkündür

26-02-2015 12:20
Artıq naməlum zənglərin kimliyini proqramlar vasitəsilə müəyyən etmək mümkündür

Əksər insanları naməlum zənglər  narahat edir. Naməlum zənglərin əksəriyyəti telemarket şirkətləri tərəfindən edilsə də,   belə telefon zəngləri  bizə vacib olan abonent tərəfindən də  gələ bilər. Bəzən  belə zənglərin  mühüm və təcili olduğunu nəzərə alaraq dərhal  telefonumuza baxırıq. Bu anlaşılmazlığın qarşısını almaq üçün  naməlum zənglərin kimliyini 6 mobil proqram vasitəsi ilə müəyyən etmək mümkündür.


1. TrapCall proqramı

TelTech şirkəti tərəfindən yaradılan bu proqram Apple və Android əməliyyat sistemlərində işlədilə bilər. Proqram gələn naməlum zənglərin nömrəsini mətnli mesajla sizə bildirir və əgər sizi narahat edən nömrə varsa onu bloklamaqda mümkündür. Bu proqramı pulsuz yükləyə bilərsiniz,lakin zəng edənin kimliyini müəyyən etmək üçün 5 dollar ödəniş etməlisiniz.


2.TrueCaller proqramı

True Software Scandinavia AB şirkəti tərəfindən yaradılmış proqramın hal-hazırda 85 milyon istifadəçisinin olduğu bildirilir. Android,İOS,Blackberry və Windows əməliyyat sistemləri üçün proqram pulsuzdur. Proqramın xidmətlərindən veb sayt vasitəsilə də yararlanmaq mümkündür. Proqram həmdə zəng edən barədə internetdən daha geniş informasiyanın əldə edilməsinə imkan verir.


3.Contactive proqramı

İspaniyalı İnaki Berenguer tərəfindən yaradılan bu proqram da naməlum nömrələri müəyyən edə bilir. Proqramın müəlliflərinin verdiyi məlumata görə proqram 600 milyon nömrəni tanıya bilir. Proqram həmdə tanış olmayan nömrəni internetdə axtararaq məlumat əldə edə bilir və müəyyən edilmiş adın vasitəsi ilə Facebook,Linkedin,Wikipedia saytlarından əlavə məlumat əldə edir. Proqram yalnız Android əməliyyat sistemi üçündür.


4.Track Caller Location proqramı

Smartlogic şirkətinin məhsulu olan bu proqram 2014-cü ilin oktyabr ayından Android əməliyyat sistemləri üçün pulsuz yüklənə bilər. Bu proqramın istifadəsi üçün internətə bağlanmaq şərt deyil. Bundan əvvəlki proqramların imkanları ilə yanaşı Track Caller Location proqramı zəngin GSM mobil şəbəkə vasitəsilə edildiyi halda zəng edənin coğrafi koordinatını müəyyən etmək imkanına malikdir.


5.Whoscall proqramı

Gogolook şirkəti tərəfindən yaradılan proqram hər gün 20 milyon naməlum zəngi müəyyən edə bilir və məlumata görə onlardan təxminən yarım milyonu bezdirici zənglərdir.Contactive proqramı kimi bu proqramda 600 milyonluq telefon nömrələrini bazasında müəyyən edə bilir. Proqram Android,İOSWindows əməliyyat sistemlərində işlədilə bilər.


6. Whos Calling? proqramı

BadAix şirkəti tərəfindən yaradılan proqram Whoscall proqramının işinə bənzəyir.
Lakin Whoscall proqramından fərqi Whatsapp mətn ismarıcının müəllifini müəyyən etmək imkanıdır. Həmdə bu proqram Facebook mesajlarının və digər sosial şəbəkələrdən gələn mesajların müəlliflərini müəyyən edə bilir.
Mobil proqram arzuolunmaz telefon nömrələrinin qara siyahısını yaratmaq imkanını verir və beləliklə də həmin nömrələrdən gələn zənglərin qarşısını ala bilir. Proqram yalnız Android əməliyyat sistemində işlədilə bilər.


                                                                                      Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

27-11-2015

“Skype”-a daha bir alternativ

04-03-2013

Ucuz smartfonlar üçün foto proqram optimallaşdırılıb

27-07-2019

Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

11-07-2019

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

iOS tətbiqlərindən Windows istifadəçiləri də yararlanacaq

10-08-2015

Facebook-dan şəkil paylaşma proqramı: Moments

17-06-2015

Dilmanc proqramından istifadə sayı açıqlanıb

23-11-2015

Yeni “Android” casusu “System Update” adı altında zəngləri qeydə alır

01-04-2021

Andorid telefonlar üçün ən yaxşı musiqi yükləmə proqramları

30-01-2016

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019

Ən yaxşı 5 Android musiqi proqramı

12-05-2015

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022

Facebook yeni proqramlarını istifadəyə verdi

26-03-2015

“Android” üçün yeni təhlükəli virus aşkarlanıb

22-04-2015

"Android" smartfonlarında zərərli proqramlar aşkar edilib

15-05-2023

Ən yaxşı səsyazma proqramları hansılardır?

03-12-2015

WhatsApp bəzi telefonlarda fəaliyyətini dayandırıb

01-11-2021

Yeni antivirus

16-10-2008

Google Play-də casus proqram aşkar edilib

14-08-2017

Artıq, iPhone cinsi məzmun daşıyan mesajları göndərməyəcək

18-10-2010

"WhatsApp"dan növbəti yenilik

21-06-2023

iOS və Android sistemləri üçün virus aşkar edilib

12-07-2019

iOS və Android sistemlərində yeni təhlükə aşkarlanıb

25-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə