Gömrük Komitəsinin daha bir xidməti portala daxil edilib

20-05-2016 / 11:13

Dövlət Gömrük Komitəsində  "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə  daha 1 xidmət elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edildi.

Portaldan Xeberler.az-a verilən məlumata görə, istifadəçilərin ixtiyarına verilən bu xidmət "Sərhəd gömrük məntəqələrində qeydə alınan mallarım" adlanır. Bu xidmət vasitəsilə fiziki və ya hüquqi şəxslər onların adına sərhəd gömrük məntəqələrindən daxil olan mallar haqqında məlumat ala bilərlər.

Xidmətdən yararlanmaq üçün "Elektron hökumət" portalına daxil olaraq Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlər içərisindən adı çəkilən xidməti seçib  "Möhür Vurma Səlahiyyəti olan E-imza" sertifikatı və ya"Asan imza" ilə qeydiyyatdan keçmək mütləqdir.

Açılan pəncərəyə VÖEN-i daxil edən sahibkarlar sərhəd gömrük məntəqələrində qeydə alınan malların siyahısını ekranda görməklə yanaşı, mallar haqqında aşağıdakı vacib məlumatları əldə edə bilərlər:

*  E-Gömrük bəyannaməsinin doldurulması zamanı tələb olunan malın barkodunu (Sərhəd gömrük məntəqələrində malın qeydiyyatı zamanı verilən kod)

* Malın hansı gömrük orqanına təyinat aldığını

* Təyinatın gömrük orqanına çatmasının təsdiq olunması haqqında məlumatı

* Malın adı, ixracatçı, qaimə-faktura (invoys) dəyəri və çəkisi haqqında məlumatı.
Mallar rəsmiləşdirildikdən sonra isə  siyahı silinir, ekranda "İdxalçının sərhəddən keçən və rəsmiləşdirilən malları yoxdur" (Səbəb: Sərhəddən daxil olan bütün mallar rəsmiləşdirilib və ya ümumiyyətlə mal daxil olmayıb) kimi bildiriş görünür. 

Qeyd edək ki, sorğu yalnız istifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə qəbul olunur, məlumatlar daxil edilmədikdə və ya səhv daxil edildikdə isə sorğu icra olunmur. 

Xidmətə buradan keçid edə bilərsiniz.

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.