Previous Next
Bağla

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019 12:40
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə təqdim olunan virtual xidmətlər istifadəçilərin işini daha rahat edir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədin hansı icra vəziyyətində olduğunu, hazır olacağı tarixi, xidmət haqqını vaxt itirmədən, sadəcə müraciət nömrəsini daxil etməklə öyrənmək mümkündür. Vətəndaşların bu istiqamətdə dəqiq və operativ informasiya ilə təminatı elektron xidmətlərlə yanaşı, SMS məlumatlandırma ilə də aparılır.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş vətəndaş sənədinin icra vəziyyəti və ya hazırolma tarixi ilə bağlı məlumatı öyrənmək üçün komitənin “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” adlı elektron xidmətindən istifadə edə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az)  xidmət siyahısından 11-ci bölməyə daxil olmaq kifayətdir.

Açılan xidmət pəncərəsindəki xanaya müraciət zamanı istifadəçiyə təqdim olunmuş bildirişdə qeyd olunan ərizə nömrəsini daxil etdikdən sonra sənədin icra vəziyyəti barədə məlumat ekranda görünür. Qeyd edək ki, müvafiq məlumat SMS bildiriş formasında da vətəndaşın telefonuna ötürülür. Bunun üçün istifadəçi müraciət nömrəsini 9193 SMS nömrəsinə göndərməklə müraciətin icra vəziyyəti barədə məlumatı dərhal əldə edə bilər.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə tələb olunan xidmət haqqı icra prosesində müəyyən olunur. Vətəndaş bu barədə məlumatı xidmət yerinə gəlmədən öyrənməklə hazır sənədlə bağlı ödənişi yerinə yetirə bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) siyahı üzrə 10-cu bölmədə “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” xidməti ilə sənədin icrası ilə bağlı dəqiq xidmət haqqını öyrənmək olar. Eyni zamanda vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləği ilə tanış ola bilər.

Komitə xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron xidmət vasitəsilə onlayn formada təklif edir. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (www.e-emdk.gov.az) 5-ci bölmədəki “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” adlı elektron xidmətə daxil ola bilər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə