Previous Next
Bağla

Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

05-01-2016 16:42
Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

Azərbaycanda Dövlət Gömrük Komitəsinin “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə” xidməti elektronlaşdıraraq “Elektron Hökumət” portalına (e-gov.az) inteqrasiya edilib.

Bundan sonra vətəndaş Azərbaycanın gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) Xeberler.az-a  verilən məlumata görə, bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkldaşına təqdim etməlidir.

Proses isə çox sadədir. Vətəndaş xidmətin üzərinə vuraraq açılan pəncərədə passport nömrəsini, doğum tarixini qeyd edərək irəli düyməsini seçir, sonra portal üzərindən FİN-ə uyğun olaraq tanınan kimliyini təsdiq edib, gəldiyi və getdiyi ölkənin istiqamətini seçir.

Daha sonra açılan pəncərədə müvafiq kateqoriyanı (valyuta, nəqliyyat vasitəsi, bəyan olunan mallar, müşaiyət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar, ölmüş şəxslər, tabutdakı meyitlər, urnadaki küllər və s.) seçərək, bəyannamədə yanlış məlumat göstərdikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıdığı xəbərdarlığını alaraq, daxil etdiyi məlumatların doğru olduğuna əmin olub “təsdiq et” düyməsini vurur.

Nəticədə hazırladığı bəyannamə Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınır və vətəndaşa qeydiyyat kodu göndərilir. Bununla da vətəndaş “çap et” düyməsini sıxaraq gömrük bəyamnaməsini çap edib, gömrük xidmətinə təqdim edə bilir.

Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili gömrük sahəsində işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək.

Bununla da Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Gömrük Komitəsinin daha bir xidməti portala daxil edilib

20-05-2016

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn formada edəcək

07-03-2017

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017

Portal üzərindən sınaq imtahanına necə yazılmaq olar?

25-02-2016

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016

E-imzanın onlayn sifarişi sadələşdirildi

31-10-2017

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

Gömrük xidmətləri sadələşdirilir

09-12-2015

Azərsu-dan yeni e-xidmət

01-06-2017

Dövlət Gömrük Komitəsində yeni elektron xidmət istifadəyə verildi

12-04-2016

Gömrük ödənişlərini onlayn ödəmək mümkünləşdi

21-02-2015

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016

Portala daha bir xidmət inteqrasiya edildi

18-10-2016

Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

03-07-2017

“Elektron hökumət” portalına kod-parolla daxil olanların sayı nə qədərdir?

23-09-2015

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

18-06-2013

Daha bir bank elektron arayış verə biləcək

03-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə