Göndərdiyiniz maili geri qaytara biləcəksiniz

01-07-2015 / 15:01

Google-un elektron poçt xidməti Gmail göndərilən yazını geri qaytarmaq funksiyasını təqdim edib.

Xəbərlər-in verdiyi məlumata görə, bu funksiyanı aktivləşdirmək üçün istifadəçilər “Ayarlar” bölməsinə daxil olub ”Göndəriləni geri al” funksiyasına daxil olmalıdır. İstifadəçi tərəfindən göndərilən e-mail qarşı tərəfin elektron poçtuna düşdükdən sonra dərhal silinəcək. Ancaq yenə də istifadəçilər cəld hərəkət etməlidir, çünki Gmail geri qaytarma funksiyası üçün maksimum 30 saniyə vaxt təyin edib.

Gmail-in göndəriləni geri almaq funksiyası 2009-cu ildən etibarən test versiyalarında istifadə olunurdu. Ancaq bu günə qədər sadəcə Gmail-in pilot olaraq tətbiq etdiyi funksiyalardan yalnız qəbul edən istifadəçilər faydalana bilirdi.

Testlərin müsbət nəticə verdiyini düşünən Google göndərilən elektron poçtların geri qaytarma funksiyasını bütün istifadəçilərə təqdim etməyə qərar verib.

Ağasəf Haqverdiyev

                                                                                         

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə