Gmail artıq SMS də göndərəcək

04-11-2008 / 18:09

Hələ rəsmi bir şərh edilməsə də, Google-un Gmail poçt xidmətinə SMS göndərmə xüsusiyyəti əlavə edəcəyi dəqiqləşdi. Gmail Labs tərəfindən inkişaf etdirilən bu xüsusiyyətdən, ilk mərhələdə yalnız ABŞ-da yaşayan istifadəçilər faydalana biləcək.

Xidmət aktiv hala gəldikdə, ABŞ-dakı Gmail istifadəçiləri, Gmail Chat-dan siyahıdakılara SMS göndərə biləcək. Yalnız Options düyməsinə basmaq və Send SMS variantını seçmək kifayətdir. Bu zaman yeni bir kiçik pəncərə açılacaq və bura mesajı yazıb göndərmək mümkün olacaq. Təbii ki, bunun üçün, qarşı tərəfin cib nömrəsinin də qeydli olması lazımdır.

Bir istifadəçinin telefonuna Gmail üzərindən SMS göndərilərkən, telefon nömrəsi, Google-un özünə təsis etdirdiyi 406 sahə kodu ilə başlayacaq. Əgər qarşı tərəf göndəriciyə SMS ilə cavab yazarsa, bu vəziyyətdə yenə eyni nömrəni istifadə edəcək. Başqa cür desək, hər Gmail hesabı, 406 sahə kodu ilə başlayan bir nömrəyə sahib olacaq.

 

xeberler.az/ELLADA



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə