WhatsApp-da silinən məlumatı geri qaytarmaq mümkündür

08-10-2015 / 11:39

WhatsApp danışıqlarınız zamanı  göndərilən  bütün məlumat və   şəkillər Google Drive-a inteqrasiya olunacaq.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Google Drive vasitəsilə Whatsapp üzərindən "backups"( kopyalama) əməliyyatlarını həyata keçirmək mümkün olacaq. Beləliklə, Whatsapp-la göndərilən hər şey, telefon yaddaşından silsəniz belə Google Drive sistemində tapılacaq və istədiyiniz vaxt telefonunuza bu məlumatları geri qaytara biləcəksiniz. 

Hətta yeni bir cihaza keçid etdikdə məlumatlarınız Google Drive sistemi sayəsində bu cihaza köçürüləcək.

WhatsApp-da istifadəyə verilən Google Drive-ın təqdim edəcəyi bərpa etmə əməliyyatı danışıqlarınızı, səsli mesajlarınız, şəkil və videolarınızı bərpa etmək üçün yaradılıb.

Şirkətdən bilidirilib ki, WhatsApp-ın Google ilə əməkdaşlığı 900 milyona yaxın Whatsapp istifadəçisinin daha təhlükəsiz istifadəsinə şərait yaradacaq. WhatsApp Google Drive platformasını istifadəçilərinə təqdim edərək tətbiqin təhlükəsizliyini daha yüksək səviyyəyə çatdıracaq.

Qeyd edək ki, Whatsapp-ın yeni Google Drive funksiyası gələn ay bütün Whatsapp istifadəçilərinə təqdim ediləcək. 

Sevinc Çəltikova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə