Haker hücumlarında yeni strategiyalar tətbiq edilir

27-09-2018 / 11:56

İnformasiya təhlükəsizliyinin təmini üçün "Fortinet" həllər istehsalçısı kibertəhdidlər üzrə tədqiqatın nəticələrini təqdim edib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə ekspertlər qeyd edir ki, kibercinayətkarlar boşluqlarla iş üzrə daha bacarıqlı strategiya tətbiq edir və daha operativ fəaliyyət göstərirlər. Qeyd olunur ki, heç bir şirkət kibertəhdidlərdən tam sığortalanmayıb. Təşkilatların təxminən hamısı (96 faiz) azı bir dəfə ciddi kiberproblemlərlə rastlaşıb.

Biznes nümayəndələrinin təqribən dörddə bir hissəsi "cryptojacking" üçün nəzərdə tutulan zərərli proqram təminatı ilə üzləşib. Korporativ şəbəkələrin 10 faizinə hücumlar üçün 6 zərərli proqram növündən istifadə olunub. Bundan başqa, ötən rübdə "FortiGuard Labs" şöbəsi tərəfindən 30 yeni "sıfır günü" (Zero Day) boşluğu aşkar edilib.

Cinayətkarlar hədəflərin seçimində böyük seçmə qabiliyyəti nümayiş etdirirlər. Eksploytların yayılması və onların aşkarlanması hallarının sayı baxımından analizi zamanı aşkar olunub ki, cinayətkarlar praktikada məlum boşluqların yalnız 5,7 faizindən yararlanırlar. Hücumların yayılmasına səbəb olan əksər boşluqların istifadə edilməyəcəyi təqdirdə səylərin səhvlərin aradan qaldırılması üçün qabaqlayıcı strategiyanın hazırlanmasına yönəldilməsi daha məqsədəuyğundur.

Yeni risk faktorları kimi mütəxəssislər təkcə zərərli proqram təminatından istifadə edilməklə hücumların avtomatlaşdırılmasını deyil, eyni zamanda elastik texnologiyaların tətbiqini qeyd edirlər ki, bu da cinayətkarların hücumların daha gizli versiyalarının yaradılması sahəsində yüksək ixtisasa malik olmasından xəbər verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.