Previous Next
Bağla

6 ildə şirkətlərin kiberhücumlardan zərəri 82 faiz artıb

27-10-2015 10:22
6 ildə şirkətlərin kiberhücumlardan zərəri 82 faiz artıb

ABŞ şirkətlərinin kiberhücumlardan ortaillik zərəri 15 milyon dollaradək artıb. Bu barədə HP və Ponemon Institute şirkətlərinin birgə tədqiqatında deyilir.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, altıillik göstərici ilə müqayisədə təşkilatların haker hücumları nəticəsində pul itkiləri 82 faiz yüksəlib. Bu isə o deməkdir ki, hər il xərclər 20 faiz artıb.  

Hazırda kiberhücumların nəticələrinin aradan qaldırılmasına təxminən 46 gün tələb olunur (altı ildə bu müddət təxminən 30 faiz artıb), hər insident üzrə xərclər isə 1,9 milyon dollara bərabərdir. 2009-cu ildə bu göstərici 1,5 milyon dollar olub.

Ekspertlər müəyyən ediblər ki, kiberhücumların aşkar edilməsinə və onların nəticələrinin aradan qaldırılmasına xərc çəkməmək üçün şirkətlər analitik informasiya təhlükəsizliyinin təmini texnologiyalarına aktiv investisiyalar yatırırlar. Bu taktika öz bəhrəsini verir: hücuma reaksiya vermək üçün xərclər azalır ki, bu da investisiyalardan mənfəəti xeyli artırmağa imkan verir.

Cinayətkarların hücumlarından və məlumatların oğurlanmasından mühafizə vasitələri kimi təşkilatlar adətən məlumatların şifrlənməsi texnologiyalarını (57 faiz), daxilolmanın idarəetmə vasitələrini (45 faiz), məlumatların oğurlanmasının qarşısının alınması (38 faiz) və siyasətin idarə olunması alətlərini (36 faiz) seçirlər.  

Hesablamalara görə, işə təhlükəsizlik üzrə ixtisaslı mütəxəssislərin qəbulu şirkətlərə 2,1 milyon, informasiya təhlükəsizliyi şöbəsinə rəhbərin təyin edilməsi isə daha 2 milyon dollara qənaət etməyə imkan verir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011
Kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərclənir

Kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərclənir

08-10-2015
Microsoft şirkətinin mənfəəti artıb

Microsoft şirkətinin mənfəəti artıb

01-05-2011
“Tesla”nın mənfəəti artıb

“Tesla”nın mənfəəti artıb

23-04-2026
Banklar İT xərcləri artırır

Banklar İT xərcləri artırır

01-05-2015
Rabitə xidmətlərinin həcmi artır

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009
DSMF: Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

DSMF: Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

16-01-2025
Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

05-03-2025
Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

25-01-2017
Azərbaycanda noutbukların qiyməti artıb

Azərbaycanda noutbukların qiyməti artıb

29-05-2017
Elektron ticarət sektoruna hücumların sayı artıb

Elektron ticarət sektoruna hücumların sayı artıb

22-08-2015
Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

25-07-2023
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025
2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

15-07-2021
Kibercinayətkarların gəlirləri xərclərini 1500 faiz üstələyir

Kibercinayətkarların gəlirləri xərclərini 1500 faiz üstələyir

16-06-2015
İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

07-10-2015
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Dünya İT bazarında durğunluq gözlənilir

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019
Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010
Dünyada kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb

Dünyada kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb

28-08-2024
44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

17-06-2015
Dünyada bankomat fırıldaqçılığı artıb

Dünyada bankomat fırıldaqçılığı artıb

17-10-2015
“2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb”

“2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb”

08-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə