Previous Next
Bağla

DDoS hücumlar güclənir

27-04-2016 13:03
DDoS hücumlar güclənir

Imperva şirkəti 2016-cı ilin birinci rübü üçün DDoS təhdidlərə həsr edilən hesabat dərc edib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən bildirir ki, tədqiqatçıların məlumatına görə, kibercinayətkarlar hücum alətlərini və metodlarını sınaqdan keçirir.

Əlavə və şəbəkələr səviyyəsində hücumların dəyişməsi müşahidə olunur, eləcə də DDoS botnetlərin fəallığı artır.

Əlavələr səviyyəsində hücumlarda cinayətkarlar standart təhlükəsizlik sistemlərindən yayınaraq brauzerin işini imitasiya edə bilən DdoS botlardan daha çox (36,6 faiz) istifadə etməyə başlayıblar. Bundan başqa, cinayətkarlar əlavələr səviyyəsində 8,7 Qbit/saniyə gücündə HTTP/S POST-flud kimi yeni hücum yollarından istifadə edirlər.

Hesabatda, həmçinin 2016-cı ilin birinci rübündə hücumların tez-tez baş verməsi qeyd olunaraq hücuma məruz qalan saytların 50 faizinin cinayətkarların təkrar qurbanı olması göstərilir. Bundan əlavə, saytların 31,8 faizi 2-5 dəfə hücuma məruz qalıb.  

Hesabat dövründə əlavələr səviyyəsində həyata keçirilən 5267 hücumun 87,8 faizi yarım saatdan çox olub. Ən uzunmüddətli hücum (hazırda da davam edir) 36 gün davam edib. Ən böyük hücum üçün saniyədə 100100 sorğu qeydə alınıb. Tədqiqatçılar, həmçinin "DDoS” botların 18,9 faizinin “cookie” fayllardan, 17,7 faizinin isə həm “cookie” fayllar, həm də “JavaScript”dən yan keçə bilməsini müəyyənləşdiriblər.

Şəbəkə səviyyəli DDoS hücumlar arasında çoxvektorlu hücumların sayı 33,9 faiz artıb. Ən miqyaslı hücumun gücü 200 Qbit/saniyədən çox olmaqla maksimum sürətə, buraxılış qabiliyyəti isə saniyədə 120 milyon paketə çatıb.

Hesabata görə, şəbəkə səviyyəli hücumların sayı bu ilin ilk üç ayında 3791 təşkil edib. Onların arasında ən uzunmüddətlisi 48,5 saat davam edib. Şirkət mütəxəssisləri 100 Qbit/saniyə gücündə çoxsaylı hücumlarla rastlaşıblar. Bu halda buraxılış qabiliyyəti saniyədə 50 milyon paketə bərabər hücumlar hər dörd gündən bir baş verib, buraxılış qabiliyyəti saniyədə 80 milyon paket təşkil edən hücumlar orta hesabla hər 8 gündə qeydə alınıb.

Bildirilir ki, birinci rübdə Cənubi Koreyada hücumların 29,5 faizinin mənbəyinə çevrilən botnetlərin aktivliyi artıb. Hücumların əksər hissəsi Nitol (52,9 faiz) və PCRat (38,2 faiz) zərərli proqramlarından qaynaqlanıb. Onların 38,6 faizi Yaponiyanın, 30,3 faizi ABŞ-ın internet saytlarına qarşı yönəlib.

Tədqiqatçılar Generic!BT botnetlərindən istifadədə də artımın olmasını qeyd edirlər. Bu zərərli proqramın müxtəlifliyi 52 ölkədə yerləşən 7756 unikal IP-ünvanlı DdoS hücumlarda istifadə olunur. Ünvanların əksəriyyəti Rusiya (52,6 faiz) və Ukraynada (26,6 faiz) yerləşir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
Dünyada kiberhücumların sayı artıb

Dünyada kiberhücumların sayı artıb

30-08-2021
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
Kiber hücumların sayı artıb

Kiber hücumların sayı artıb

11-07-2018
Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
 Kibercinayətkarlar ən çox hansı sahəyə hücum edir?

Kibercinayətkarlar ən çox hansı sahəyə hücum edir?

18-08-2017
2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

15-07-2021
İlin əvvəlində spamların sayı kəskin artıb

İlin əvvəlində spamların sayı kəskin artıb

16-05-2016
Elektron ticarət sektoruna hücumların sayı artıb

Elektron ticarət sektoruna hücumların sayı artıb

22-08-2015
“2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb”

“2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb”

08-06-2015
44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

17-06-2015
COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024
Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

30-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə