Previous Next
Bağla

Kaspersky Lab hesabat açıqladı

29-06-2018 11:39
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab şirkəti kriptomaynerlər tərəfindən edilən hücumların hesabatını açıqlayıb.

Xeberler.az məlumat verir ki, 2017-2018-ci illərdə avadanlıqları kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 milyondan 2,7 milyonadək artıb.

Qeyd edək ki, kibercinayətkarlar daha çox inkişafda olan bazarlara istiqamətlənirlər və onların hesabına gəlirlərini artırırlar. Bütün bunları son 24 ay ərzində Kaspersky Lab-ın həllərinin işə düşməsinə əsaslanan statistika nümayiş etdirir.

Belə ki, cinayətkarlar hücuma məruz qalmış istifadəçilərin kompüterlərinin və mobil avadanlıqlarının hesablayıcı gücündən yararlanaraq kriptovalyuta istehsal edən xüsusi proqram təminatı yaradırlar. Kriptomaynerlər cinayətkarlara hədələyici proqramlarla müqayisədə daha az mənfəət gətirir, lakin onlar bunu gizlicə və daha uzun müddət ərzində edirlər.

Kaspersky Lab-ın ekspertlərinin məlumatına əsasən, kriptomaynerlər yalnız kompüterlərə deyil, həmçinin mobil cihazlara da hücum edirlər. Bu proqramların bu cür platformalara edilən unikal hücumlarının sayı 9,5% artıb, bununla belə, 2017-2018-ci illərdə onlar dünya üzrə təxminən 5 min istifadəçiyə toxunub, bu da 2016-2017-ci illərin göstəricisindən 11% çoxdur.

“Kibertəhdidlər landşaftında bu cür dəyişikliklərin səbəbləri məlumdur. Cinayətkarlar üçün hədələyici proqramlar – pul qazanmaq üçün olduqca riskli üsuldur, belə ki, bu zərərli proqramların hücumu KİV-in və hpkümətin diqqətini cəlb edir. Kriptomaynerləri is aktivləşdirmək daha asandır, bundan başqa, mənfəət əldə etmək üçün onlar daha stabil model hesab olunurlar. Adətən cinayətkarlar mərkəzi prosessordan və ya qrafik prosessordan istifadə edərək gizlicə kriptovalyuta istehsal edirlər, bundan sonra isə tranzaksiyalar həyata keçirir və real pullar əldə edirlər”, - deyə Kaspersky Lab-ın antivirus eksperti Yevgeni Lopatin bildirib.

Bildirək ki, kriptomaynerlərdən müdafiə olmaq məqsədilə Kaspersky Lab istifadəçilərə bir sıra qaydaya riayət etməyi tövsiyə edir:

  • tanımadığınız adamlardan gələn məktublardakı məlumat və qoşmalara ehtiyatla yanaşın, onları açmağa tələsməyin;
  • müntəzəm olaraq bütün vacib faylların ehtiyat kopiyasını həyata keçirin;
  • bütün avadanlıqlarınızda proqram təminatını müntəzəm şəkildə yeniləyin, boşluqları avtomatik müəyyən edən və patçları yükləyən və quraşdıran xüsusi alətlərdən istifadə edin;
  • bizneslə məşğulsunuzsa bütün kompüter və serverlərə müdafiə həlləri quraşdırın ki, infrastruktur daim təhlükəsizlikdə olsun;
  • hər hası bir anomaliyanı üzə çıxarmaq üçün müntəzəm olaraq korporativ şəbəkənin informasiya təhlükəsizliyinin auditi keçirin;
  • növbənin idarə edilməsi sistemi, POS-terminallar və hətta ticarət avtomatları kimi hakerlərin daha az bəlli olan məqsədlərinə də diqqət ayırın, belə ki, onlar Da cinayətkarlar tərəfindən kriptovalyutanın istehsalında istifadə oluna bilər;
  • qanuni əlavələrdə zərərverici hərəkətləri izləmək üçün əlavələrin idarə edilməsi funksiyasını tətbiq edin, iş stansiyalarının müdafiəsi və əməkdaşlar tərəfindən arzuolunmaz proqramların işə salınmasının qarşısını almaq üçün isə biznes üçün Kaspersky Security-nin tərkibində olan Default Deny texnologiyasından yararlana bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018
Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016
Lazarus kriptovalyuta birjasına hücum edib

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017
Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə